Digər
Medianın “Operativ”i 3 yaşında!

Bu gün Azərbaycanın ənənəvi mediasının azyaşlı üzvlərindən biri olan “Operativ Media”nın 3 yaşı tamam olur. Sürətli xəbər axınında yüz minlərlə oxucunun əsas informasiya mənbəsinə çevrilən sayt böyük bir etibar qazanıb. Bu da səbəbsiz deyil.
Operativmedia.az 24 saat fasiləsiz çalışan bir xəbər laboratoriyasıdır. Amma burada heç kim özündən “Amerika kəşf etmir”. Qəbul edilmiş standartlarla peşəkar xəbər istehsal edən portal dünyada və ölkəmizdə baş verənləri anındaca təqdim edir. Rəsmi sərəncamlar, jurnalist araşdırmaları və analitik məqalələr də “Operativ Media”nın əsas üstünlükləri sırasındadır.
Xəbərlərin dürüst və vaxtında oxucuya çatdırılması 5 nəfərlik kollektivin əməyinin nəticəsidir. Onlar 3 il ərzində 30 illik təcrübəsi olan saytlarla rəqabət apara bilən bir xəbər platforması yarada biliblər.
Saytın təsisçisi və rəhbəri Fərrux Qocamanlıdır. Sayt fəaliyyətinə görə bir neçə qurum və təşkilat tərəfindən təltif olunub.
Medianın “Operativ”i, 3 yaşın mübarək!

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə