Toto Volf “Mersedes”lə müqavilənin müddətini artırıb. Komandanın icraçı direktoru və səhmdarlarından olan Volfun yeni sözləşməsi 2026-cı ilin sonuna qədərdir.

Bir müddət əvvəl onun Formula 1-in rəhbərliyində yer alacağı ilə bağlı xəbərlər dolaşmağa başlamışdı. Volfun sözlərinə görə, komandada qalmasının əsas səbəbi “Mersedes” şirkətinin prezidenti Ola Kalleniusun və İNEOS-un sahibi Cim Retklifin də onu dəstəkləmələridir.

“Fikrimcə, ən vacib məqam üçümüzün də bir-birimizə olan etimadıdır. Səhmdar olduğum üçün mənim də əsas məqsədim layihədən daha çox qazanc əldə etməkdir. Ən böyük qazanc isə qələbələr zamanı olur.

Eyni zamanda öz yerimdən ikiəlli yapışmamışam. Bu işi layiqincə görə bilən adam rastıma çıxarsa, məmnuniyyətlə postumu ona ötürəcəyəm. Güman edirəm ki, ətrafımda olan insanlar bunu bacara biləcək gücdədirlər”, – deyə Toto Volf qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp