Dünya futbolu
Messi 10-a qovuşdu

Argentinalı hücumçu Lionel Messinin “İnter Mayami”dəki forma nömrəsi müəyyənləşib. 36 yaşlı oyunçu 10 nömrəli forma ilə çıxış edəcək.
Messi sabiq klubu “Barselona”da və Argentina millisində də bu nömrəli formanı geyinib. PSJ-də isə 10 nömrə Neymara məxsus olduğu üçün Lionel “30”-la oynayırdı.
Bildirilib ki, yeni komandada rahat olmasını təmin etmək üçün “İnter Mayami” Messi üçün 10 nömrəni ayırıb.
Xatırladaq ki, dünən MLS təmsilçisi oyunçunu transfer etdiyini açıqlayıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib