Dünya futbolu
Messi 1000-ci oyununa çıxdı, Maradonanı geridə qoydu

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçunun yubileyi Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Avstraliya ilə oyuna təsadüf edib.
Messi 1000-ci oyununu qol vurmaqla qeyd edib. Onun hesabı açdığı bu oyunda Argentina yığması da 2:1 qalib gəlib və 1/4 finala yüksəlib.
Xatırladaq ki, təcrübəli oyunçu İspaniya “Barselona”sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub. O, bu görüşlərdə bütövlükdə 788 qola imza atıb, 338 məhsuldar ötürmə müəllifi olub.
Messi Argentina yığmasının heyətində dünya çempionatında vurduğu qol sayını da 9-a çatdırıb. Bununla da o, əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-26 13:10
“Qarabağ”ın yeni transferi Bakıda tibbi müayinədən keçdi – tezliklə RƏSMƏN açıqlanacaq