Dünya futbolu
Messidən DÇ-də yeni rekord

Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi dünya çempionatlarında yeni rekord müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final matçının ən yaxşı oyunçusu seçilməklə nail olub.
Ümumilikdə 8-ci dəfə bu mükafata sahib çıxan təcrübəli forvard “yaşıl qitə” təmsilçisi ilə qarşılaşmada ilk qolun müəllifi olub. Hazırkı dünya çempionatında onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
Xatırladaq ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub. “Narıncılar” 1/8 finalda ABŞ seçməsini mübarizədən kənarlaşdırıb – 3:1.

Reklam
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi
- Ölkə futbolu2023-02-03 13:47
“Məğlubiyyətləri stadionun üstünə atmaq olmaz”