Dünya futbolu
Messinin 11 oyunluq seriyası başa çatdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, komanda “Monreal İmpakt”la qarşılaşıb. Görüş Kanadanın Monreal şəhərindəki Saputo stadionunda keçirilib. Matç “İnter Mayami”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Argentinalı hücumçu, “İnter Mayami”nin kapitanı Lionel Messi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, bu oyunda fərqlənə bilməyib. Beləliklə, Messi 11 oyunluq qol seriyasına son qoyulub. Əvvəlki 11 görüşün hər birində Messi qol vurub və ya məhsuldar ötürmə edib.
Hazırda “İnter Mayami” 13 matçdan sonra 27 xalla MLS turnir cədvəlində birinci yerdədir. 12 xalı olan “Monreal İmpakt” cədvəlinin 20-ci pilləsində yerləşir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-10 08:00
“Qarabağ”in ilk transferi xorvat qapıçı oldu – EKSKLÜZİV
- Ölkə futbolu2024-06-10 17:45
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-06-09 10:29
Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu
- Ölkə futbolu2024-06-10 12:15
Rahil yığmanı yeni klub tapmaq üçün tərk edib