Argentina prezidenti Xavyer Miley ölkənin idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib. Buna onun millinin kapitanı Lionel Messini Fransaya yönəlmiş irqçi şüarlara görə üzr istəməyə çağırması səbəb olub.

“Heç bir hökumət Argentina milli komandası, dünya çempionu və ikiqat Amerika çempionu və ya hər hansı digər vətəndaş üçün nə edəcəyini diqtə edə bilməz. Bu səbəbdən Xulio Qarro Argentinanın idman nazirinin müavini vəzifəsindən azad edilir” – deyə Prezident Departamentinin X sosial şəbəkəsində rəsmi bəyanatda deyilir.

Qeyd edək ki, Argentina milli komandasının oyunçuları tərəfindən Kolumbiya ilə 2024-cü ildə Amerika Kubokunun finalında qazandıqları qələbədən (1:0) sonra irqçi fikirlər səsləndirilib. Kuboku qazanmasını qeyd edən argentinalı futbolçu Enzo Fernandez sosial şəbəkədə canlı yayıma başlayıb. O və komanda yoldaşları “Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar”, deyə oxuyublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp