Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə paytaxt klubuna qayıdıb. 30 yaşlı ön xətt oyunçusu ilə 1+1 illik müqavilə bağlanıb.

Mikels daha öncə – 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu bakılılara azad agent kimi qayıdıb.

Qeyd edək ki, “Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp