“Milan” Emerson Royalı transfer etmək üzrədir. İtaliya klubu “Tottenhem”in futbolçusu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Futbolinfo.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, 25 yaşlı braziliyalı bu anlaşmaya görə A Seriyasında mövsümə 3 milyon avro qazanacaq. “Milan” futbolçu ilə şəxsi müqavilənin şərtlərni razılaşdırdıqdan sonra klubu ilə anlaşmanı yekunlaşdıracaq.

Londonlular bu futbolçunu 2021-ci ildə “Barselona”dan 25 milyon avroya transfer etmişdi. İndi isə onun dəyəri 18 milyona enib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp