Dünya futbolu
Milli üzvləri ilə polis arasında dava

Perunun futbol komandasının üzvləri Madrid mehmanxanasına çatan zaman polis əməkdaşları ilə dava edib.
Perulular Mərakeş yığması ilə yoldaşlıq görüşü keçirmək üçün İspaniyaya uçub.
Futbolinfo.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçular avtobusdan düşən zaman azarkeşləri salamlamaq istəyiblər və izdihama qarışıblar. Vəziyyəti qaydaya salmaq istəyən polis onların futbolçu olduğunu bilməyib. İspaniya polisi oyunçulardan birini itələyib. Bundan sonra futbolçu cavab olaraq asayiş keşikçisinə qarşılıq verib, onu itələyib. Daha sonra futbolçularla polislər arasında dava düşüb.
Mərakeşlə Peru arasında yoldaşlıq oyunu martın 28-də, “Civitas Metropolitano” stadionunda keçiriləcək.

- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- Ölkə futbolu2023-05-26 10:20
“Neftçi” Rusiyada oynayacaq