“Mən artıq özümdəyəm. İşimi görürəm, məşq edirəm, oynayıram, bacardığım qədər komandama kömək etməyə çalışıram”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.

O, “Qarabağ”da Kiprin “Omoniya” komandasına və “Qəbələ”yə vurduğu qollardan danışıb. Şeydayev bu seriyanı davam etdirəcəyinə inandığını bildirib: “Ümid edirəm ki, bu seriya davam edəcək. Bunun üçün bacardığımı, əlimdən gələni edəcəm”.

Forvard milli komandanın qarşıda İrlandiya və Serbiyaya qarşı matçlarından söz açıb: “İtirəcəyimiz çox şey yoxdur. Düşünürəm ki, hamımız qazanmaq istəyirik. Bacardığımız qədər çox xal toplamalıyıq. Maçtlardan biri evdədir. Azarkeşlərimizi sevindirmək niyyətindəyik”.

Yığmanın hücumçusu son matçlarda az oynaması barədə isə bunları deyib: “Niyə az oynadığım barədə məşqçidən soruşmaq lazımdır. O, bu suala daha yaxşı cavab verə bilər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp