Digər idman növləri
Millilərimiz növbəti oyunlarına çıxırlar
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycanın voleybol milliləri bu gün Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.
Futbolinfo.az xəbər verir ki, qadınlardan ibarət yığmamız 2-ci turun ikinci matçında İsveçlə üz-üzə gələcək.
Rumıniyadakı görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub. Milli hazırda 12 ölkə arasında 3 xalla 9-cu pillədə qərarlaşıb.
Kişilərdən ibarət kollektiv isə Şimali Makedoniya ilə qarşılaşacaq. Belçikadakı oyun saat 19:30-da başlayacaq. Ötən gün meydan sahiblərinə yenilən (0:3) yığma Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu – 12-ci yerdədir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-06-07 22:50
Millimiz Albaniyaya məğlub oldu
- Ölkə futbolu2024-06-08 10:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-06-07 17:19
20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”
- Milli komanda2024-06-08 00:51
“Nəticə oyuna uyğun deyil” – Mahir Emreli