Yoxlama oyunları keçirmək üçün Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk sınaq matçına çıxıb.

Futbolinfo.az xəbər verir ki, U-19 bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

90+3-cü dəqiqədə penaltidən fərqlənən rəqib komanda yekunda 1:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp