17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, yığma Tacikistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.

Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp