Dünya futbolu
Millimizin hücumçusunun burnu sındığı üçün maska ilə oynayır

Azərbaycan millisinin və Almaniyanın “Şalke” klubunun gənclərdən ibarət komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2 oyundur meydana qoruyucu maska ilə çıxır.
Qərb Regional Liqasında “Köln”ün müvafiq yaş qrupundan ibarət komandası ilə 19-cu matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib:
“Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm”.
Xatırladaq ki, Rüfət Dadaşov cari mövsümdə “Şalke”nin heyətində 7 qol vurub.

Reklam
- Dünya futbolu2023-02-06 13:54
Volkan Dəmirəl ağlayaraq yardım istədi – VİDEO
- Ölkə futbolu2023-02-06 12:18
Gəncə Futbol Akademiyası martda istifadəyə veriləcək – VİDEO
- Ölkə futbolu2023-02-06 09:00
“Üçtəbəqəli” Premyer Liqa: zirvədə rəqabət canlana bilər
- Dünya futbolu2023-02-07 13:45
“Qarabağ”ın rəqibindən Türkiyəyə dəstək