Azərbaycan U-21 yığması ötən gün Avro-2025-in seçmə mərhələsində Ukraynaya 0:1 hesabı ilə uduzub.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 63-cü dəqiqəsində yığmamızın baş məşqçisi Samir Əliyev Samir Abdullayevi əvəzləyib. Lakin futbolçu meydandan çıxarkən baş məşqçiyə etiraz edib. O, əvəzləndiyinə görə Əliyevin əlini sıxmayıb.

Baş məşqçi Samir Əliyev futbolinfo.az-a açıqlama verərək vəziyyəti belə izah edib: “Samir Abdullayevin hərəkəti yaxşı hərəkət deyil. Oyundan dərhal sonra gəldi üzr istədi, hətta oteldə də üzrxahlıq etdi. Futbolda bu cür hallar olur, gənc oyunçudur və meydanda daha çox qalmaq, oynamaq istəyir. Amma məşqçilərin hörmətini hər zaman saxlamaq lazımdır. Futbolda klub və milli səviyyəsində bu cür hadisələrə çox rast gəlmişik. Həm öz oyununun alınmamasına görə, həm əvəzetməyə görə, həm komandanın məğlub durumda olmasına görə yəqin ki, bu cür hərəkət etdi. Lakin istənilən halda cəzasız qalmayacaq”.

Qeyd edək ki, Samir Abdullayev Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda Kosovanın “Lapi” klubunda çıxış edən Araz Abdullayevin əmisi oğludur.

Həmin qalmaqallı VİDEOnu teleqram kanalımızda izləyə bilərsiz.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp