Dünya futbolu
Millimizin rəqibi Tyerri Anriyə tapşırılır

Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi əfsanəvi fransalı futbolçu Tyerri Anri ola bilər.
Futbolinfo.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Roberto Martinesin yerinə Anrini əsas namizəd hesab edir.
Qurumun digər namizədi millinin sabiq kapitanı Vensan Kompanidir. Ancaq assosiasiya rəhbərliyi ilk növbədə Anrini baş məşqçi postuna gətirməkdə maraqlıdır. Tərəflər arasında hətta ilkin danışıq da olub.
AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika ilə Azərbaycan milliləri arasında ilk oyun 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşü noyabrın 19-da Brüsseldə keçiriləcək.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq