Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Brianna Freyzer klubunu dəyişib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı idmançı “Qalatasaray”a keçib. Türkiyə klubu millimizin üzvü ilə müqavilə imzalandığını rəsmi saytı vasitəsilə açıqlayıb.

190 sm boya malik Freyzer İstanbul təmsilçisi ilə 1 illik sözləşmə imzalayıb. ABŞ əsilli basketbolçunun Azərbaycan vətəndaşlığı olduğundan, o, “Qalatasaray”da avropalı statusunda çıxış edə biləcək.

“Neftçi”nin sabiq basketbolçusunun son klubu Polşa təmsilçisi “MKS Polkovitse” olub.

Shares: