Almaniya Regionalliqa komandası “Kikker Offenbax” yeni mövsümün hazırlığına başlayıb.

Futbolinfo.az xəbər verir ki, təlim-məşq toplanışına 6 yeni oyunçu ilə start verən baş məşqçisi Kristian Neidhart ilk məşqdəcə bir aparıcı oyunçunun xidmətindən məhrum qalıb. Söhbət Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Dmitri Nazarovdan gedir.

34 yaşlı orta sahə oyunçusu birinci məşqin sonlarında baldır nahiyəsindən xəsarət alıb. Ayağı qanayan millimizin keçmiş üzvü meydançanı axsayaraq tərk edib. Nazarovun ən azı bir neçə gün kollektivdən ayrı qalacağı açıqlanıb. Dəqiq diaqnoz həkim müayinəsindən sonra qoyulacaq.

Qeyd edək ki, Dmitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp