I Liqa
“Mingəçevir” üçün yeni sponsor

Azərbaycan I Liqasında çıxış edəcək “Mingəçevir” “Azərlotereya” ilə əməkdaşlıq edəcək. Tərəflər arasında birillik sponsorluq müqaviləsi imzalanıb.
Futbolinfo.az xəbər verir ki, şirkətin reklamları klubun formasının üzərində, stadionun lövhələrində əks olunacaq. Bu barədə şəhərlilərin mətbuat katibi Elnur Qasımov məlumat verib.
Qeyd edək ki, “Mingəçevir” klubu ötən gün ev və səfər formalarını təqdim edib.

- Müsahibə2023-09-09 13:00
Rəşad Sadiqov əcnəbi məşqçi istəmir: “Azərbaycanda futbolçu qıtlığı pik həddə çatıb”
- Milli komanda2023-09-10 09:00
De Byazinin ölçü vahidi – Abdullayevin təbriki
- Milli komanda2023-09-09 18:54
Millimiz Belçikaya məğlub oldu
- Milli komanda2023-09-11 09:05
Mürəkkəb meydanda çətin oyun – Onana Mərdəkandakı matçı dəyərləndirdi