I Divizion
“Mingəçevir”də növbəti istefa

Azərbaycan çempionatının I Divizionunda növbəti baş məşqçi istefası reallaşıb. “Mingəçevir”ə rəhbərlik edən Şəhruz Mustafayev işindən ayrılıb.
Futbolinfo.az xəbər verir ki, ötən ilin dekabrından Nur şəhərinin təmsilçisinə baş məşqçi təyin olunan Mustafayev komandanın sükanı arxasında keçirdiyi 6 görüşdə 2 heç heçə və 4 məğlubiyyətlə üzləşib. İstefasının səbəbi də cari mövsümdə “Mingəçevir”ə qələbə qazandıra bilməməsidir.
Bölgə klubunda bu mövsüm artıq 2-ci məşqçi istefası reallaşır. Daha öncə Azər Həşimov da öz istəyi ilə “Mingəçevir”lə yolları ayırmışdı.
Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. “Mingəçevir” klubu cari mövsümdə keçirdiyi 20 oyunda 15 xal yığıb və turnir cədvəlinin 14-cü pilləsində qərar tutub.

- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- Ölkə futbolu2023-05-26 10:20
“Neftçi” Rusiyada oynayacaq