Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/4 finalında Niderlanda qarşı keçirdikləri oyunu şərh edib. İtaliyalı mütəxəssis 90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıqlarını deyib.

O, 1:2 hesablı məğlubiyyətə rəğmən, komandanın meydanda can qoyduğunu söyləyib: “Bacardığımız hər şeyi göstərdik. Çempionatda yaxşı oynadıq. Həmkarlarım və digər peşəkarlar da bizi təbrik etdi. Xeyli gənc oyunçularımız var. İnanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi haqq edirlər. Bu turnirdən sonra Türkiyə gələcəkdə daha hörmətli görünəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp