“İlk qoldan sonra əhval-ruhiyyəmiz korlandı”. Bunu Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının qrup mərhələsinin II turunun oyunu barədə danışarkən deyib.

Mütəxəssis toparlanmağa çalışdıqları müddətdə ikinci qolu buraxdıqlarını söyləyib: “İlk 20 dəqiqədə qol vurmağa yaxın idik. Bu səviyyədə rəqiblərə qarşı əlinə düşən fürsəti dəyərləndirməsən, işin çətinləşir. Ümumiyyətlə, pis oyun keçirdiyimizi düşünmürəm. Yolumuz uzundur. Bir-birimizə inanırıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp