Dünya futbolu
Mourinyonun israrla istədiyi futbolçu

“Liverpul” və “Arsenal” eyni futbolçunu transfer etmək üçün mübarizə aparır. İngiltərə nəhəngləri Premyer Liqanı tərk edən “Lester”dən azad agent kimi ayrılan Yuri Tilemansın əsas müştəriləridir.
Futbolinfo.az xəbər verir ki, belçikalı futbolçu da İngiltərədə qalmaq istəyir. Amma sözügedən iki klubla müqayisədə “Roma”nın daha israrlı davranması vəziyyəti dəyişə bilər. İtaliya təmsilçisinin baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçini komandaya gətirmək üçün şəxsən danışıqlarda iştirak edir.
2019-cu ilin yanvarından “Lester”ə məxsus olan oyunçu daha öncə “Monako”da və “Anderlext”də çıxış edib. İtaliya 26 yaşlı futbolçunun həyatında yeni ölkə olacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib