Digər idman növləri
Mövsümün ən yaxşıları açıqlandı

Kişi həndbolçuların başa çatan 29-cu Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ölkə çempionu adına layiq görülən “İdman Akademiyası”nın 3 üzvü bu siyahıda yer alıb.
Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub. Komandanın digər üzvləri – Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabir Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb. “İdman Akademiyası”nın çalışdırıcısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi, Ələkbər Ağakişiyev – Ernest Ağakişi tandemi isə ən yaxşı hakimi olub.
Xatırladaq ki, “İdman Akademiyası” çempionatın qızıl, “Dinamo” gümüş, “Məhsul” bürünc medallarına sahib çıxıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat