Dünya futbolu
Mustafayevdən Ukraynada iki məhsuldar ötürmə
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Kolos”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsinin müəllifi Emil olub.
“Aleksandriya” hazırda 42 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)