Digər idman növləri
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, ənənəvi yığıncaq bu dəfə Milli Gimnastika Arenasında təşkil edilib. Əvvəlcə tədbir iştirakçıları Dövlət Himnini birlikdə ifa ediblər.
Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. F. Qayıbov ölkəni beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ardınca onlar idman tarixi mövzusunda nazirin suallarını cavablandırıblar.
Tədbirdə ağır atletika, bodibildinq, boks, bədii gimnastika, cüdo, kamandan oxatma, karate, idman gimnastikası, kikboksinq, qrapplinq, para-pauerliftinq, para-atıcılıq, para-üzgüçülük, para-atletika, pankration, taekvondo, savat, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis yarışlarında medal qazanmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat