Yeni baş məşqçisini hələ də açıqlamayan “Neftçi”, transfer çalışmalarını davam etdirir. Paytaxt klubu artıq bir neçə futbolçu ilə razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, əcnəbi oyunçularla danışıqlar yekunlaşıb. Baş məşqçinin adı rəsmən açıqlanan kimi legionerlərlə rəsmi müqavilələr bağlanacaq. Kimlərin gedəcəyi də o zaman aydınlaşacaq.

“Neftçi” yerli futbolçularla da razılıq əldə edib. Lakin hələlik transferi dəqiqləşən yalnız Emin Səfərovdur. Bakılılar bunu rəsmən açıqlamasa da, “Qəbələ” tərəfi yarımmüdafiəçini satdıqlarını rəsmən dilə gətirib.

“Neftçi” Emin üçün bölgə klubuna 300 min manat ödəyib. Futbolçu özü isə ilinə 250 min manat qazanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp