Ölkə futbolu
“Neftçi” ilk transferlərini açıqladı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Neftçi” mövsümlərarası fasilə dönəmində ilk transferlərini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Monteneqro milli komandasının üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlanıb.
30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və superkubokunun (2023) qalibi olub.
“Neftçi” milli komandamızın üzvü Emil Səfərovla da 3 illik müqavilə imzalayıb.
“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-29 21:42
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-28 08:00
Mahir Emreli Türkiyədə klub axtarır: “Dinamo” rəsmi təklif almayıb
- Ölkə futbolu2024-06-28 16:24
Şahmatı qara fiqurlarla oynamağı xoşlayan, 13 rəqəmini qadağan edən Berdıyev
- Ölkə futbolu2024-06-28 12:12
“Neftçi”də 6-cı ayrılıq