Bizi izləyin

Premyer-liqa

“Neftçi”nin fiaskosu, çempiondan 25 xallıq fərq

blank
blank

Misli Premyer Liqasında 2023/24 mövsümü başa çatdı. Çempionun kimliyinə hələ 28-ci turda aydınlıq gəlmişdisə, avrokuboklara vəsiqə qazanan digər komandaların adları isə sezonun son turunda müəyyənləşdi. Qeydə alınan nəticələrdən sonra “Neftçi” ikinci pilləni tərk etməklə yanaşı, heç Konfrans Liqasına da vəsiqə qazana bilmədi.

“Neftçi”yə fiasko yaşadan sabiq “Neftçi”li

Sonuncu turun mərkəzi matçı paytaxtda keçirildi. Çempionatın son oyununa ikinci yerin sahibi kimi çıxan “Neftçi”nin avrokuboklardan kənarda qalacağı inandırıcı görünmürdü. “Ağ-qaralar” “Sabah”a qalib gələcəkləri təqdirdə, gümüş medallara sahib çıxacaqdılar. “Neftçi”nin avrokuboklara vəsiqə qazanması üçün isə heç-heçə də kifayət edirdi. “Flaqman”la müqayisədə “Sabah”a qələbə daha çox lazım idi.

Bunun fərqində olan “bayquşlar” ilk dəqiqələrdən hücuma atıldılar. İlk 15 dəqiqə tam olaraq qonaqların üstünlüyü şəraitində keçdi. Təsadüfi deyil ki, “Neftçi” cərimə meydançasından çıxmaqda çətinlik çəkirdi. Meydan sahiblərinin ilk hücumu isə 18-ci dəqiqəyə təsadüf etdi. Filip Ozobiçin cərimə meydançası daxilindən zərbəsi qapının üstündən keçdi. İlk hissədə üstün tərəf “Sabah” olsa da, “Neftçi”nin qapı və müdafiə xətti fasiləyədək hesabın açılmasına imkan vermədi.

İkinci yarıda da oyunun ssenarisi dəyişmədi. Yenə daha çox qonaqlar hücum edirdilər. Epizodların birində Kahim Parrisin zərbəsindən sonra “Neftçi”nin bəxti gətirdi, top qapının azacıq yanından keçdi. Dəqiqələr keçdikcə qələbə qazanmalı olan “Sabah” hücumlarının kəsərini bir qədər də artırırdı. Artıq qolun gəldiyi hiss olunurdu. Son dəqiqələrdə əvvəlcə “Neftçi” hesabı açmaya yaxın oldu. Kilan Lebonun cərimə meydançası həndəvərindən zərbəsini qapıçı Yusif İmanov əla reaksiya ilə dəf etdi. “Sabah”ın cavab hücumunda isə hesab açıldı. 87-ci dəqiqədə Namik Ələskərov sabiq komandasını cəzalandırdı. Vurulan qolda Parrisin fərdi reydi və Sofian Çaklanın assisti də rol oynadı. Paralel keçən digər matçlarda “Zirə” və “Sumqayıt” qələbə qazandığı üçün “Neftçi” 5-ci pilləyə yuvarlandı və fiasko yaşayaraq avrokuboklardan kənarda qaldı. “Sabah” isə Konfrans Liqasında oynamaq hüququ qazandı.

Avropa Liqasına yollanan gümüş medalçı – “Zirə”

“Neftçi”nin məğlubiyyətindən istifadə edən “Zirə” “Səbail” üzərində qələbə qazanmaqla gümüş medallara sahib çıxdı və Avropa Liqasına vəsiqə qazandı. “Qartallar” ilk hissədə rəqib qapısına yol tapa bilməsələr də, ikinci hissənin əvvəlində istəklərinə çatdılar. 57-ci dəqiqədə Rafael Utziqin ötürməsindən sonra kapitan Qismət Alıyevin zərbəsi dəqiq oldu. 70-ci dəqiqədə “Səbail”in futbolçusu Valdemar Almeyda simulyasiya etdiyinə görə ikinci sari vərəqəni alaraq meydandan uzaqlaşdırıldı. Rəqibin azlıqda qalması “Zirə”nin işini bir qədər də asanlaşdırdı. Qələbə hesabını sonadək qoruyan qəsəbə təmsilçisi xallarının sayını 58-ə yüksəltdi və mövsümü ikinci pillədə bitirdi.

Abasovun uğurlu əvəzetməsi və Konfrans Liqasına vəsiqə

Şənbə gününün digər qarşılaşması Sumqayıtda keçirildi. “Qəbələ” ilə oyunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu azarkeşlərlə tam dolmuşdu. 9300 tamaşaçının izlədiyi qarşılaşmada “Sumqayıt”ı qələbədən başqa heç bir nəticə qane etmirdi. Əks təqdirdə, “kimyaçılar” avrokuboklardan kənarda qala bilərdilər.

Meydan sahibləri ilk hissədə nə qədər çalışsalar da, hesabı aça bilmədilər. Fasilədə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunun taleyini həll edəcək dəyişikliyə əl atdı. O, Kamran Alievin əvəzinə Erik Sorqanı meydana buraxdı. 52-ci dəqiqədə hesab açıldı. Kornerin davamında məhz Sorqanın zərbəsindən sonra top “Qəbələ”nin müdafiəçisi Lukas Afrikoya dəyərək istiqamətini dəyişdi və qapıdan keçdi. Oyunda başqa qol olmadı və bu qələbə sayəsində “Sumqayıt” da Azərbaycanı Konfrans Liqasında təmsil etmək hüququ qazandı.

Qərb derbisində tək qol

Turun bazar günü baş tutan görüşlərindən biri Qərb derbisi ilə yadda qaldı. Mövsümü 6-cı pillədə bitirəcəyi dəqiqləşən “Turan Tovuz” tarixi rəqibi “Kəpəz”lə oyundan 3 xalla ayrılmaq istəyirdi. Öz növbəsində Gəncə təmsilçisi də 8-ci pillədə qalmaq üçün uğurlu nəticəyə ümid edirdi.

Turun əvvəlki 3 oyunu kimi, bu görüşün də taleyini 1 qol həll etdi. Tovuzlular 25-ci dəqiqədə hesabı açmaq üçün yaxşı fürsət qazandılar. Ancaq “Kəpəz”in qapısına təyin olunan penaltini Luis Paçu dəqiq tamamlaya bilmədi. Onun zərbəsini gəncəlilərin portuqaliyalı qolkiperi İqor Rodriqes dəf etməyi bacardı. “Turan Tovuz” ilk hissədə rəqibdən açıq-aşkar üstün oyun nümayiş etdirsə də, fasiləyədək “Kəpəz”in qapı və müdafiə xətti etibarlı oynayaraq hesabın açılmasına imkan vermədi.

Meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasov ikinci hissədə heyətdə dəyişikliklər etdi. O, əvvəlcə Aleks Souzanı, bir qədər sonra isə Otto Conu meydana buraxdı. Bu əvəzetmələr özünü doğrultdu. “Turan Tovuz” axtardığı qələbə qolunu 74-cü dəqiqədə tapdı. Qolun müəllifi və məhsuldar ötürmə sahibi isə məhz ikinci hissədə meydana daxil olan futbolçular oldu. Belə ki, Aleks Souzanın hava ötürməsindən sonra Otto Con dəqiq baş zərbəsi ilə toru silkələdi. Beləliklə, Qərb derbisində qələbə qazanan “Turan Tovuz” mövsümü 48 xalla 6-cı pillədə bitirdi. “Kəpəz” isə 8-ci pillədə qala bilmədi, 9-cu yerə düşdü.

“Araz-Naxçıvan” “Kəpəz”i qabaqladı

Gəncə klubunu yerindən edən “Araz-Naxçıvan” oldu. Turun və çempionatın son matçında “Qarabağ”ın qonağı olan Naxçıvan təmsilçisi sürpriz nəticəyə imza atmağı bacardı. Artıq 3-cü dəqiqədə oyunda hesab açıldı. Ağdam klubunun qapıçısı Andrey Lunyov kobud səhvə yol verdi. O, komanda yoldaşının ötürməsindən sonra topu saxlaya bilmədi və fürsətdən istifadə edən Elvis Maşike boş qapını nişan almaqda çətinlik çəkmədi.

Buraxılan erkən və kuryoz qola baxmayaraq, “Qarabağ” fasiləyə hesabda üstün yollanmağı bacardı. Əvvəlcə 28-ci dəqiqədə Ağdam klubunun “qol maşını” Olavio Juninyo adını tabloya yazdırdı. O, Abdullah Zubirin əla ötürməsindən sonra sol ayağı ilə qapının uzaq küncünü dəqiq nişan aldı. Bu, braziliyalı forvardın ən sərrast oyunçusu olduğu Misli Premyer Liqasında 20-ci qolu idi. Ardınca isə “Qarabağ”ın hücumu zamanı Juninyonu qabaqlamaq və topu uzaqlaşdırmaq istəyən Vadim Abdullayev avtoqol müəllifi oldu.

Fasilədən sonra “Qarabağ”ın növbəti qollarını vuracağı gözlənilsə də, bu, baş vermədi. Əvəzində “Araz-Naxçıvan” hesaba tarazlıq gətirməyi bacardı. İlk hissədə avtoqolla yadda qalan Vadim Abdullayev əla ötürmə ilə “günahını yudu”. Onun assistini isə hücuma qoşulmuş Abdulla Rzayev dəqiq zərbə ilə tamamladı.

“Qarabağ” mövsümü qələbə ilə başa çatdırmaq üçün son dəqiqələri də hücumda keçirdi. 74-cü dəqiqədə Qurban Qurbanovun komandası penalti vurmaq hüququ qazandı. Ancaq ağdamlılar ələ düşən fürsətdən yararlana bilmədilər. Adama Diakabinin zərbəsindən sonra top qapının üstündən keçdi. Nəticədə çempion mövsümün son oyununda 1 xalla kifayətləndi. “Qarabağ” sezonu ən yaxın izləyiciləri olan “Zirə” və “Sabah”dan 25 xal öndə bitirdi. Son oyunda qazandığı 1 xal “Araz-Naxçıvan”ın isə turnir cədvəlində “Kəpəz”i qabaqlayıb mövsümü 8-ci pillədə bitirməsi üçün yetərli oldu.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-06-09 10:51

Kanada Qran prisinin Rassel oldu

blank
Milli komanda2024-06-09 10:37

Quqeşaşvilinin Avro-2024-ə gedəcəyi dəqiqləşdi

blank
Milli komanda2024-06-09 10:29

Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu

blank
Dünya futbolu2024-06-09 09:00

“Qarabağ”ın futbolçusu Kameruna qarşı oynadı

blank
Digər idman növləri2024-06-09 00:49

Azərbaycanın paraüzgüçüsü Fransa gümüş medal qazandı

blank
Digər idman növləri2024-06-08 23:57

Azərbaycan yığması Kiprə də qalib gəldi

blank
Digər idman növləri2024-06-08 23:46

Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu

blank
Milli komanda2024-06-08 22:00

Millimizin heyətində dəyişiklik edildi

blank
Dünya futbolu2024-06-08 21:33

“Bayer”dən yeni mövsüm üçün ilk transfer

blank
Dünya futbolu2024-06-08 21:12

İtaliya klubu Kannavaronu istefaya göndərdi

blank
Dünya futbolu2024-06-08 20:45

Super Liqa klubunda baş məşqçi ilə bağlı qərar verildi

blank
Dünya futbolu2024-06-08 19:41

Ruben Kastro karyerasını başa vurdu

blank
Digər idman növləri2024-06-08 19:22

Avropa Kuboku: Azərbaycan yığmasından ilk oyunda qələbə

blank
AÇ-20242024-06-08 19:00

Fransa millisinin AÇ-2024 üçün heyəti

blank
AÇ-20242024-06-08 18:41

Almaniyanı AÇ-2024-də bu futbolçular təmsil edəcək

blank
AÇ-20242024-06-08 18:22

Daha bir komandanın AÇ-2024 üçün yekun heyəti müəyyənləşdi

blank
AÇ-20242024-06-08 18:00

Xorvatiya millisinin AÇ-2024 üçün yekun heyəti bilindi

blank
Digər idman növləri2024-06-08 17:29

Millimiz Avropa Kubokunun təsnifat mərhələsində ikinci qələbəsini qazandı

blank
Digər idman növləri2024-06-08 17:00

Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin finalında

blank
Digər idman növləri2024-06-08 16:29

Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub

blank
Milli komanda2024-06-08 16:00

Yığmamız sonuncu oyunda məğlub oldu

blank
Dünya futbolu2024-06-08 15:40

“Mançester Siti”də yeni müqavilə

blank
Digər idman növləri2024-06-08 15:23

Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb

blank
Ölkə futbolu2024-06-08 15:00

“Səbail”də daha bir ayrılıq

blank
Digər idman növləri2024-06-08 14:40

Prezident töhmət aldı, rusiyalı şahmatçılar beynəlxalq turnirlərdən uzaqlaşdırıldılar

blank
Dünya futbolu2024-06-08 14:21

La Liqada qiyməti ən çox artan futbolçular: Arda 6-cı oldu

blank
Digər idman növləri2024-06-08 14:04

Karlsen kimin daha güclü olduğunu bir daha göstərdi

blank
Digər idman növləri2024-06-08 13:47

“Rolan Qarros”da finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-06-08 13:30

“Səbail” “Qarabağ”ın futbolçusunu heyətinə qatdı

blank
Digər idman növləri2024-06-08 13:15

4-cü Avropa Oyunları İstanbulda keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm