Ölkə futbolu
“Neftçi”nin məşqçisi Fəxri fərmanla təltif olundu

“Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov futbolun inkişafındakı, kütləvililiyindəki xidmətlərinə, bu idman növünün təbliğinə, həmçinin paytaxtın Nizami rayonunda keçirilən futbol tədbirlərindəki fəal iştirakına görə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Nizami rayon İcra Hakimiyyəti Gənclər və idman idarəsi tərəfindən Fəxri fərmanla təltif olunub.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis həm “Neftçi” PFK-nın məşqçisi, həm də müharibə veteranı kimi mükafatlandırılıb.
Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan İslam Kərimov Azərbaycan Respublikasının Əməkdar məşqçisidir.
