Keysuke Honda Kamboca millisindən ayrılıb. 36 yaşlı sabiq futbolçu addımının səbəbini burada perspektiv görməməsi ilə izah edib.

Futbolinfo.az xəbər verir ki, 2021-ci ildə 3 ay oynadığı “Neftçi” ilə çempion olduqdan sonra “Suduva”ya yollanan yarımmüdafiəçi Litvada karyerasını bitirmişdi. Məhz bundan sonra o, Kamboca millisində məşqçilik karyerasına başlamışdı. Honda hələ 2018-ci ildən Kamboca Futbol Federasiyası ilə idarəçi kimi əməkdaşlıq edirdi. Karyerasını bitirdikdən sonra isə milli komandanın rəhbəri və məşqçisi vəzifələrini də icra etməyə başlamışdı.

Bir çox klubun formasını geyən Honda karyerasının zirvəsinə 2010-14-cü illərdə oynadığı ÇSKA-da çatmış, daha sonra 3 il “Milan”da oynamışdı. Yaponiyalı Meksika, Avstraliya, Hollandiya, Braziliya, Azərbaycan və Litvada karyerasına davam etmişdi.

Shares: