Dünya futbolu
Neymar PSJ ilə anlaşdı, “Barselona”ya qayıdır
Fransanın PSJ klubunun hücumçusu Neymar “Barselona”ya transfer olunmaq üçün Paris klubu ilə anlaşıb.
Futbolinfo.az AS-a istinadən xəbər verir ki, anlaşmaya görə, Kataloniya klubu bu yay braziliyalı futbolçunu heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq.
PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA Çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.
“Barselona” keçən yay da Neymarı heyətinə qatmaq istəmiş, lakin bu transfer baş tutmamışdı.
Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün