Dünya futbolu
Niko Uilyams “Aston Villa”dan imtina etdi

Niko Uilyams klubunu dəyişməyəcək. Qana əsilli ispaniyalı “Atletik”də qalmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, “Aston Villa” istedadlı vingeri transfer etmək niyyətindədir. Amma ingilislər Bilbao klubuna yox, futbolçunun özünə müraciət edib. Onlar “Atletik”lə ilyarımlıq müqaviləsi qalan 20 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün 50 milyon avrosundan keçməyə hazırdır.
Məsələ ondadır ki, Nikonun azad agentə çevrilməsi üçün müqaviləsindəki sərbəstqalma bəndini aktivləşdirmək kifayətdir. Uilyams isə onu yetişdirən “Atletik”ə sadiqlik nümayiş etdirməyi lazım bilib.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı