Dünya futbolu
Noppertin qeyri-adi debütü
Nə qədər qəribə olsa da, Andris Noppert bu gün Niderland yığmasında debüt oyununa çıxırdı. Siftənin Dünya Çempionatının ilk qrup matçına təsadüf etməsi başqa bir qəribəlik idi.
“Herenven”in 28 yaşlı qapıçısı karyerasının böyük hissəsini ehtiyatda, başqalarının əvəzedicisi olaraq keçirib. Ailəsi 2020-ci ildə onu az qala karyerasını bitirməyə razı salacaqdı. Amma o, 2 dəfə klubsuz qalmasına, bir müddət futbol oynamamasına baxmayaraq, ruhdan düşmədi…
…və indi onun komandası ilk turdan sonra A qrupunun lideridir və Noppert hələ ki, milli karyerasında qol buraxmayıb.