Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı BMT-nin atəşkəs çağırışını dəstəkləyib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Dennis Frensis dünyada hazırkı silahlı münaqişələrdə iştirak edən bütün tərəfləri Olimpiada və Paralimpiya Oyunları müddətində qarşılıqlı atəşkəsə razılaşmağa çağırıb.

“BOK BMT Baş Assambleyasının prezidenti Dennis Fransisin müraciətini ürəkdən alqışlayır. Olimpiya barışığı Olimpiya Oyunlarının mahiyyətini – sülh, birlik və daha yaxşı dünyaya ümidi əks etdirir. Belə genişmiqyaslı qarşıdurma, parçalanma və qütbləşmə ilə üzləşdiyimiz çətin anlarda Olimpiya barışığı həmişəkindən daha aktualdır”, – deyə təşkilatın mətbuat xidməti BOK prezidenti Tomas Baxın sözlərindən sitat gətirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp