Ölkə kuboku
Ölkə kubokunda mövsümün rekordu

Azərbaycan Kubokunda mövsümün rekordu qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib.
“Bakcell Arena”dakı görüşü 9000 tamaşaçı izləyib. Bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finala qədər rekord 5000-ə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5000 seyrçi olub.
Ümumilikdə isə kubokun 19 matçında 31980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib