“Leypsiq” daha bir aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, Almaniya klubu Villi Orbanla anlaşmanı 2027-ci ilin yayınadək artırıb. Bu, başqa klublardan təklif alan oyunçuya olan diqqətin azalmasına səbəb olacaq.

“Leypsiq” komandanın əsas oyunçularından olan Orbanı itirmək istəmir. Onu bir çox klub transfer etmək stəsə də, Bundesliqa təmsilçisi hamısını rədd edib.

30 yaşlı mərkəz müdafiəçisinin əvvəlki müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi. Macarıstan millisinin üzvü 2015-ci ildə yetişdiyi “Kayzerslautern”dən transfer olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp