Ölkə futbolu
Ovusu da “Qarabağ”dan gedir

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, onun “Ferentsvaroş”a keçidi gündəmə gəlib.
Bu barədə məlumatı Rusiyanın “Sport-Express” nəşri yayıb. Bildirilib ki, Azərbaycan təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi “Ferentsvaroş”la müqavilə imzalayacaq. Macarlar 25 yaşlı forvardla razılığa gəliblər.
Xatırladaq ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam təmsilçisində 77 oyuna 19 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Ovusu bir müddət Türkiyənin “Ankaragücü” klubunda icarədə də oynayıb.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar