Digər idman növləri
“Oyunçuların hazırlığından razıyam” – Millinin ispan baş məşqçisi
Azərbaycanın basketbol üzrə U-20 millisinin baş məşqçisi Alberto Blanko Bakıda davam edən təlim-məşq toplanışını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verən ispaniyalı mütəxəssis toplanışın yüksək səviyyədə keçdiyini bildirib:
“Təlim-məşq toplanışı 10-12 gün davam etməlidir. Lakin proses bir qədər uzun çəkəcək. Oyunçuların hazırlığından razıyam. Bununla belə, Rumıniyaya hansı heyətlə yollanacağımızı müəyyənləşdirməmişik. Gələn həftə hər şeyə aydınlıq gələcək”.
Blanko iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda çıxış edəcək millimizin rəqibləri barədə danışıb: “Turnirdə bizi çətin sınaq gözləyir. Qrupda qələbə qazanmamışıq. Hədəfimiz ancaq qalib gəlməkdir”.
Azərbaycanın U-20 millisinin təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.
- Ölkə futbolu2024-06-24 20:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-24 08:00
“Neftçi” yeni baş məşqçi ilə razılaşdı
- Ölkə futbolu2024-06-24 10:27
“Qarabağ”ın transfer gündəmi: Zubirin vidası, Kadinin qayıdışı, Kaşukun…
- Ölkə futbolu2024-06-24 15:48
“Sabah” 400 min avroya futbolçu alır?