Futbol üzrə Niderland birinci divizionunda 9-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Den Boş”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 55-ci dəqiqədə Ozan vurub.

“Eyndhoven” hazırda 17 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp