Pol Poqba Əbu-Dabidə ABŞ və Serbiya basketbol yığmaları arasında keçirilən yoldaşlıq oyununa qatılıb.

Qarşılaşmanın sonunda fransalı futbolçu 24 xalla görüşün ən məhsuldar oyunçusu olan ABŞ millisinin və “Qolden Steyt Vorriorz”un ulduz müdafiəçisi Stiven Karri ilə də görüşüb.

Oyunda ABŞ yığması Serbiyanı 105:79 hesabı ilə məğlub edib.

Xatırladaq ki, “Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi bu ilin fevralında dopinqə görə cəza aldığı üçün 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp