Milli komanda
Polşa – Azərbaycan matçının məkanı müəyyənləşdi

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun məkanı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq.
Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq. Oyunun başlama saatı hələ açıqlanmayıb.
Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də, saat 20:00-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.
Əsas mərhələdə 2 oyun keçirmiş millimiz maksimum xalla turnir cədvəlinə başçılıq edir. Komandamız ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üztələyib. Polşa yığması isə 3 oyun keçirib. Yunanıstan yığmasını hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti millimizdən alıb. Polşa – Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə komandamıza heç-heçə də sərf edəcək.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu