Dünya futbolu
Portuqaliya millisinin üzvü “Atletiko”nu “Çelsi”yə dəyişdi

Portuqaliya millisinin və İspaniyanın “Atletiko” klubunun futbolçusu Joao Feliks İngiltərə təmsilçisi “Çelsi”yə keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. “Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.
Xatırladaq ki, Joao Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

- Ölkə futbolu2023-05-30 11:59
Qara Qarayev “Qarabağ”dan ayrılır?
- Müsahibə2023-05-30 15:29
Mişura “Neftçi” azarkeşidir: “Komandanın bu illər ərzində cəmi bir dəfə çempion olması məni qəzəbləndirir”
- Ölkə futbolu2023-05-31 08:30
“Kəpəz”dən ayrıldı, Özbəkistana gedir
- Ölkə futbolu2023-05-31 15:32
“Zirə” “Fənərbaxça”nı Bakıya dəvət etdi