Dünya futbolu
Premyer Liqa klubundan daha bir transfer

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qana millisinin və Qətərin “Əl-Sədd” klubunun yarımmüdafiəçisi Andre Ayyunu heyətinə qatıb.
33 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.
Ayyu Marsel “Olimpik”inin yetirməsidir. O, “Loryan”, “Arl-Avinyon”, “Suonsi Siti”, “Vest Hem”, “Fənərbaxça” kimi klublarda da oynayıb. Təcrübəli vinger 2021-ci ildən formasını geyindiyi “Əl-Sədd”də 39 oyuna 22 qol vurub. O, Qana yığmasında da 113 oyunda 24 qola imza atıb.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək