Premyer-liqa
Premyer Liqada 100-cü oyun
Premyer Liqanın XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb. Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.
Qəbələ şəhər stadionundakı görüşdə komanda 2:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.
Baxşıyev Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.
Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”