Fransanın PSJ klubunun futbolçusu Neymar sağalıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, braziliyalı hücumçunun zədəsini tam sağaltdığı bildirilib.
PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubun saytına açıqlamasında Neymarın Marsel “Olimpik”i ilə keçiriləcək Super Kubok matçında iştirak edə biləcəyini bildirib.
Bu gün keçiriləcək PSJ – “Olimpik” (Marsel) matçına saat 00:00-da start veriləcək.