Dünya futbolu
PSJ Serxio Ramosla yollarını ayırdı

Fransa çempionu PSJ müdafiəçisi Serxio Ramosla vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi müqaviləsinin müddəti bu ayın sonuna qədər olan ispan futbolçu ilə yeni sözləşmə imzalamaq istəməyib.
Paris klubu rəsmi saytı vasitəsilə Ramosa təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 37 yaşlı oyunçu azad agent kimi Liqa 1 klubunu tərk edəcək.
Ramos 2021-ci ilin yayından oynadığı PSJ-də 57 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu komanda ilə iki dəfə Fransa çempionu olub, bir superkubok qazanıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”