Dünya futbolu
PSJ Uqarte ilə razılaşdı

PSJ Manuel Uqarteni transfer etməyə hazırdır. Parislilər oyunçunun şəxsi müqaviləsi ilə bağlı istəklərini qəbul etdiyini bildirib.
Futbolinfo.az xəbər verir ki, indi oyunçunun klubunu razı salmaq lazımdır. Bunun üçün “Sportinq”ə 53 milyon avro dəyərində təklif göndərilib. Portuqaliya klubu oyunçunu satmağa razıdır və mövsüm bitən kimi təklif dəyərləndiriləcək.
Əslində, 22 yaşlı yarımmüdafiəçinin bazar dəyəri daha azdır. Lakin lissabonlular 2026-cı ilin yayına kimi müqaviləsi olan oyunçunu satmaq istəmir. Bu səbəbdən PSJ sərbəstqalma bəndini aktivləşdirmək üçün tələb olunan 53 milyon avronu ödəmək niyyətindədir.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar