Elmar Baxşıyevin taleyi qarşıdakı oyunlarından asılıdı. Son 4 turda qələbə qazana bilməyən, yalnız 2 autsayderlə matçda heç-heçəyə nail olan bölgə təmsilçisi “Zirə” ilə ev, “Neftçi” ilə səfər matçlarından hansındasa yenilsə, bölgə təmsilçisində baş məşqçi dəyişikliyi ilə bağlı real addımlar atılacaq.

Klubdaxili problemlər, baş məşqçi Elmar Baxşıyevlə klub meneceri Nail Kərimovun yola getməməsi, futbolçuların da bu iki şəxsə görə qruplara bölünməsi artıq sirr deyil. Və uğursuzluqlar sıralandıqca məşqçinin mövqeləri zəifləyir. Nəticələrin pisləşməsində idarəçilikdəki qüsurlara görə Kərimovun payı da kifayət qədər çoxdu, o, özünü bacarıqlı klub rəsmisi kimi göstərə bilmədi. Amma Nail bəy də məsuliyyəti boynundan atmaq üçün Baxşıyevi hədəfə gətirir.

Kərimov “Qəbələ”yə yeni baş məşqçi də tapıb. Uzun illər klubda çalışmış, bir ara milli komandalarda, daha sonra “Sabah”da çalışmış Ramin Quliyev Bxşıyevi əvəz etməyə əsas namizəddi. Bu şəxs yaxınlarda AFFA-da çalışmağa başlasa da, hər zaman klub futboluna dönmək həvəsindədi. Ona görə Baxşıyevin postunda Quliyevi görsəz, təəccüblənməyin. Qarşıdakı oyunlarda Elmar bəy vəzifənin öhdəsindən gəlsə velə, qış fasiləsinə kimi Kərimovun planını yerinə yetirmək üçün hər şey edəcəyinə əmin olun.

IMG 7368 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp